Brüsseldə yerləşən BELRefugees, Caritas International, WAX, Humanitarian HUB, Doctors of the World, MSF (Sərhədsiz Həkimlər) və Vluchtelingenwerk Vlaanderen tərəfindən yaradılan 7 təşkilat Belçikadakı qaçqın böhranı ilə bağlı birgə yazılı açıqlama verib.

İqtisadiyyat.az xəbər verir ki, açıqlamaya görə, ötən ayın sonu etibarilə 3171 sığınacaq axtaran şəxs Federal Sığınacaq Qəbul Təşkilatı (Fedasil) tərəfindən yer verilmədən küçələrdə və ya sığınacaq üçün uyğun olmayan yerlərdə qalmağa məcbur edilib.

Heç bir tibbi, sosial və hüquqi xidmət göstərilməyən bu insanlara imkanları məhdud olan QHT-lər tərəfindən dəstək verilib. Bu təşkilatlar 2022-ci ilin aprelindən 6 min insanı qəbul edib.