ABŞ prezidenti Co Bayden Donald Trampın dövründə ABŞ-ın Paris İqlim Sazişindən çıxmasına görə üzr istəyib.

İqtisadiyyat.az xəbər verir ki, ABŞ prezidenti Ciden Misirin Şarm Əl-Şeyx şəhərində keçirilən BMT-nin 27-ci İqlim Konfransındakı çıxışında iqlim böhranının humanitar, iqtisadi, ekoloji və milli təhlükəsizliklə əlaqəli olduğuna diqqət çəkərək,  Trampın Paris İqlim Sazişindən çıxdığını xatırladıb.
"Mən vəzifəyə başlayan kimi biz dərhal razılaşmaya qayıtdıq. Böyük iqlim sammitləri keçirdik. Bu razılaşmadan çıxdığım üçün üzr istəyirəm", - Bayden deyib.


ABŞ-ın 2030-cu ilə qədər karbon emissiyası hədəflərinə çatmaq üçün əlindən gələni etdiyini bildirən Bayden, Ukrayna böhranının da qalıq yanacaqlardan asılılığa bir an əvvəl son qoyulmasının vacibliyini deyib.