ABŞ Prezidenti Cozef Bayden noyabrın 14-də Çin lideri Si Cinpin ilə görüşəcək.

İqtisadiyyat.az BBC-yə istinadən xəbər verir ki, görüş İndoneziyada G20 sammiti çərçivəsində baş tutacaq.

Tərəflər Ukrayna və Şimali Koreya ətrafında yaranmış vəziyyəti, kütləvi qırğın silahlarının yayılmaması səylərini müzakirə edəcəklər.