Böyük Britaniya Baş naziri Rişi Sunak bu gün Belfastda ABŞ Prezidenti Co Baydenlə görüşüb.

İqtisadiyyat.az bildirir ki, liderlər 25 il əvvəl imzalanmış Belfast (Yaxşı Cümə) Sazişinin haqqında danışıblar. Bundan əlavə, Baş nazir və Prezident Böyük Britaniya və ABŞ arasında daha geniş əlaqələri müzakirə ediblər. 

Liderlər gələn ay keçiriləcək G7 Sammiti və Baş nazirin iyun ayında Vaşinqtona səfəri zamanı iqtisadi təhlükəsizlik məsələsini daha ətraflı müzakirə etməyi səbirsizliklə gözlədiklərini qeyd ediblər.