Batumidə COVİD-19 infeksiyasına yoluxma mənbələrini müəyyənləşdirmək artıq mümkün deyil.

Bu barədə Gürcüstanın Acarıstan Muxtar Respublikasının səhiyyə naziri Nino Nijaradze yerli KİV-ə müsahibəsində bildirib.

Onun sözlərinə görə, artıq virus şəhərin müxtəlif bölgələrinə səpələnib və bölgədə gərgin epidemioloji vəziyyət yaranıb. 

Qeyd edək ki, bu gün Gürcüstanda qeydə alınan 165 yoluxma halının 108-nin Acarıstan MR ərazisində, əsasən də Batumi şəhərində qeydə alındığı bildirilib.APA