Baş nazir Əli Əsədov Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktaya başsağlığı məktubu ünvanlayıb.

Nazirlər Kabinetindən İqtisadiyyat.az-a verilən xəbərə görə, Baş nazir Ə.Əsədov Türkiyənin İstanbul şəhərində törədilmiş partlayış nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən kədərləndiyini bildirib, bu ağır faciə ilə əlaqədar Türkiyənin Vitse-prezidenti F.Oktaya, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.