Təmirlə əlaqədar Bakıda iki marşrut xəttinin hərəkət istiqamətində dəyişiklik edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, Yeni Günəşli qəsəbəsi, Abbas Fətullayev küçəsinin Mərkəzi küçəsi ilə kəsişməsindən İnqilab İsmayılov küçəsinin kəsişməsinə qədər olan hissəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq avtomobillərin hərəkəti məhdudlaşdırıldığı üçün 36 və 104 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri dəyişdirilərək məhdudiyyətə uyğun altrenativ küçələrdən təşkil edilməsinə zərurət yaranıb.