Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib.

İqtisadiyyat.az xəbər verir ki, hadisə Xırdalan qəbiristanlığının qarşısındakı yolda baş verib.

Belə ki, "Opel" markalı avtomobillə "Chevrolet" markalı avtomobil toqquşub. Nəticədə nəqliyyat vasitələrində olan 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.