Cari ilin yanvar-mart aylarında “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 40 ölkəsinə 5,4 mln. dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.

“Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos)” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 80%-ni təşkil edib. 2023-cü ilin mart ayında isə “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” dünyanın 39 ölkəsinə 1,8 mln. dolları dəyərində xidmət ixrac edib.