Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-avqust aylarında ticarət dövriyyəsinin həcmi 1 milyard 148 milyon dollar dəyərində olub.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 31,2% və ya 273,2 milyon dollar çoxdur.

Hesabat dövründə Azərbaycan Yunanıstandan 15 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 1 milyard 133 milyon dollar dəyərində olub.

 

Gözəl Həşimova