Azərbaycan ilə Portuqaliya arasında bu ilin yanvar-sentyabr aylarında ticarət dövriyyəsi 157,3 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 399,4 milyon dollar və ya 97% azdır.

Hesabat dövründə Azərbaycandan bu ölkəyə 147,7 milyon ABŞ dolları dəyərində məhsul ixrac edilib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 9,5 milyon dollar olub.

Əlavə edək ki, ötən ilin yanvar-sentyabr aylarında iki ölkə arasında ticarət dövriyyəsi 556,8 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova