Azərbaycanla İran arasında bu ilin yanvar-sentyabr arasında ticarət dövriyyəsi 352,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,6 milyon dollar azdır.

Hesabat dövründə İrandan Azərbaycana 340,8 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 11,7 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-sentyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin dəyəri 363,2 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova