Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixracı 2 milyard 434 milyon 318 min ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, illik müqayisədə qeyri-neft sektoru üzrə ixrac 317,5 milyon dollar və ya 15% artıb.

Bu dövrdə Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac edildiyi ölkələr isə bunlardır: 

 

Ölkə

Məbləğ

Rusiya

787,3 milyon dollar

Türkiyə

631,8 milyon dollar

Gürcüstan

240,3 milyon dollar

İsveçrə

112,5 milyon dollar

Qazaxıstan

78,1 milyon dollar

 

Gözəl Həşimova