Azərbaycanın bu ilin yanvar-iyun aylarında qeyri-neft sektoru üzrə ixracı 1 milyard 773 milyon 346 min ABŞ dolları təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, illik müqayisədə qeyri-neft sektoru üzrə ixrac 21,6% artıb.

Bu dövrdə Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac edildiyi ölkələr isə bunlardır: 

 

Ölkə

Məbləğ

Rusiya

552,3 milyon dollar

Türkiyə

512,5 milyon dollar

Gürcüstan

180,3 milyon dollar

İsveçrə

68,6 milyon dollar

Qazaxıstan

58 milyon dollar