Türkiyənin Antalya və Alanya şəhərlərində təlim-məşq toplanışında olan qadınlardan ibarət milli komandaların hazırlıq xarakterli turniri keçirilir.

 İqtisadiyyat.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının müraciəti əsasında AFFA-nın Hakimlər Komitəsi tərəfindən FIFA referisi Fəridə Lütfəliyeva, həmçinin FIFA referi köməkçiləri Sevda Nuriyeva və Gülnurə Əkbərzadə Türkiyəyə ezam olunub.

 Hakimlərimiz turnir çərçivəsində bu gün Estoniya – Kosovo, fevralın 18-də Makedoniya – Bolqarıstan, fevralın 21-də isə Estoniya – Makedoniya oyunlarını idarə edəcəklər.