Azərbaycanın bu ilin yanvar-sentyabr aylarında Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinə ixracı 1,1 milyard ABŞ dolları dəyərində olub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə 11,5 milyon dollar çoxdur.

Hesabat dövründə MDB ölkələrindən idxal 3,5 milyard dollar təşkil edib. Bu da illik müqayisədə 512,5 milyon dollar və ya 16,8% çoxdur.

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycan bu MDB ölkələri ilə ticarət aparıb:

 

MDB ölkələri

Ticarət dövriyyəsi

Belarus

238,7 milyon dollar

Qazaxıstan

269 milyon dollar

Qırğızıstan

35,3 milyon dollar

Moldova

8,1 milyon dollar

Özbəkistan

120 milyon dollar

Rusiya

3,1 milyard dollar

Tacikistan

4,5 milyon dollar

Türkmənistan

678,3 milyon dollar

Ukrayna

247 milyon dollar

 

Gözəl Həşimova