Azərbaycanla İran arasında bu ilin yanvar-avqust arasında ticarət dövriyyəsi 315,6 milyon dollar təşkil edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2% və ya 6,3 milyon dollar azdır.

Hesabat dövründə İrandan Azərbaycana 304,4 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 11,1 milyon dollar təşkil edib.

Əlavə edək ki, ötən ilin yanvar-avqust aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsinin dəyəri 321,9 milyon dollar təşkil edib.

Bütün Postlar

Gözəl Həşimova