Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanla İran arasında ticarət dövriyyəsi 394,9 milyon dollar təşkil edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,15 % azdır.

Hesabat dövründə İrandan Azərbaycana 382,6 milyon dollarlıq mal idxal olunub. Azərbaycan məhsullarının İrana ixracı isə 12,2 milyon dollar təşkil edib.

 

Gözəl Həşimova