Azərbaycandan bu ilin yanvar-sentyabr ayları ərzində 47,7 milyon ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər, sirkə ixrac olunub.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ixracın dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 33,5 milyon dollar və ya 3,3 dəfə artıb.

Bununla da Azərbaycanın içki ixracından gəliri son 5 ilin maksimumuna çatıb:

 

İllər

Gəlir

2019-cu il

20,2 milyon dollar

2020-ci il

9 milyon dollar

2021-ci il

10,5 milyon dollar

2022-ci il

14,2 milyon dollar

2023-cü il

47,7 milyon dollar

 

Gözəl Həşimova