Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 73,9 milyon ABŞ dolları dəyərində gəmi, qayıq və üzən konstruksiyalar idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 31,4 milyon dollar və ya 74 % çoxdur.

Bu dövrdə gəmi idxalı Azərbaycanın ümumi idxalının 0,59%-ni təşkil edib.

 

Gözəl Həşimova