Azərbaycan bu ilin yanvar-sentyabr aylarında xarici ölkələrlə 39,1 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Cari ilin yanvar-sentyabr ayları ərzində xarici ticarət dövriyyəsinin 26,4 milyard ABŞ dolları ixracın, 12,6 milyard ABŞ dolları isə idxalın payına düşüb.

Bu dövrdə Azərbaycanın ən böyük ticarət tərəfdaşları isə bu ölkələrdir:

 

Ölkə

Ticarət dövriyyəsi

İtaliya

12 milyard dollar

Türkiyə

6,2 milyard dollar

Rusiya

3,1 milyard dollar

Çin

2,2 milyard dollar

Almaniya

1,2 milyard dollar

 

Gözəl Həşimova