Azərbaycanın bu ilin yanvar-iyun aylarında Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı 12,1 milyard ABŞ dolları dəyərində olub. 

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 5,7% çoxdur.

Hesabat dövründə Azərbaycanın Aİ ölkələrindən idxalı isə 1,5 milyard dollar dəyərində olub. Bu da illik müqayisədə 56,4% çoxdur.

 

Gözəl Həşimova