Bu il mayın 1-nə Azərbaycanda pul bazası 17 milyard 609,9 milyon manat təşkil edib.

İqtisadiyyat.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, aprelin 1-i ilə müqayisədə 0,45 % azdır.

Ölkədə pul bazası ilin əvvəlinə nisbətən 0,9 %, son 1 ildə isə 20,9 % artıb.