Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 25,9 milyard manat təşkil edib.

Dövlət Statistika Komitəsindən İqtisadiyyat.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,2% çoxdur.

Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 511,6 manat və yaxud 1 il əvvələ nisbətən 80,2 manat çox vəsait xərcləyib.