Azərbaycan Mərkəzi Bankı (AMB) 8 fiziki şəxsə sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

İqtisadiyyat.az bildirir ki, bununla bağlı tənzimləyici qurum məlumat verib.

Məlumata görə, bununla bağlı qərar fevralın 15-də “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.