Bu ilin yanvar ayında Azərbaycan Türkiyəyə 1,119 milyard kubmetr qaz ixrac edib.

Bu barədə Türkiyənin Enerji Bazarının Tənzimləməsi İdarəsinin (EPDK) açıqladığı aylıq hesabatda deyilir.

Sənədə əsasən, bu, ötən ilin yanvar ayı ilə müqayisədə 18,4% çoxdur.

Yanvarda Türkiyənin qaz idxalının 18,4%-i Azərbaycanın payına düşüb. Bununla da, ölkəmiz Türkiyənin qaz idxa etdiyi ölkələr arasında II yerdə qərarlaşıb. I yeri 2,675 milyard kubmetrlik göstərici ilə Rusiya, III yeri isə 0,666 milyard kubmetrlik göstərici ilə Türkiyə tutub.

Qeyd edək ki, ilin I ayında Türkiyə "mavi yanacaq" idxalının illik müqayisədə 1,8 % artıraraq 6,094 milyard kubmetrə çatdırıb. Aylıq həcmin 4,508 milyard kubmetri boru kəmərləri ilə idxalın, 1,585 milyard kubmetri isə LNG idxalının payına düşüb. Bunlar isə illik müqayisədə 16,8 % çox və 25,5 % azdır.