Azərbaycan bu ilin yanvar-iyun aylarında 14,7 milyon dollar dəyərində 20,2 min ton xurma ixrac edib.

İqtisadiyyat.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 14,9 milyon dollar, həcm baxımından isə 4,9 dəfə azdır.

Hesabat dövründə xurma ixracı Azərbaycanın ümumi ixracının 0,08%-ni təşkil edib.

 

Gözəl Həşimova