Azərbaycan bu ilin yanvar-iyul ayları ərzində 38,2 milyon dollar dəyərində 7,2 min ton çay idxal edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Hesabat dövründə ölkənin çay idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,1 milyon dollar azalıb. Ölkənin bu ilin yanvar-iyul aylarında çay idxalının həcmi isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 14,3% azalıb.

Əlavə edək ki, bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,40%-ni təşkil edib.

 

Gözəl Həşimova