Azərbaycan bu ilin yanvar-sentyabr ayları ərzində 85 milyon dollar dəyərində tütün və tütün məmulatları idxal edib.

Bu barədə İqtisadiyyat.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin tütün idxalı xərcləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,4 milyon dollar çoxdur.

Bəs Azərbaycan son 5 ilin eyni dövründə tütün idxalına nə qədər pul xərcləyib?

 

İllər

Xərc

2019-cu il

87,4 milyon dollar

2020-ci il

61,4 milyon dollar

2021-ci il

68,9 milyon dollar

2022-ci il

75,6 milyon dollar

2023-cü il

85 milyon dollar

 

Gözəl Həşimova