İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Özbəkistanın Ticarət və Sənaye Palatası ötən il Daşkənddə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələləri müzakirə ediblər.

İqtisadiyyat.az xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Sədrin sözlərinə görə, bu məqsədlə Palatanın sədri Davron Vahabovla görüşüb. Görüşdə Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib.