Bu ilin yanvar-aprel aylarında Azərbaycan 10,4 mln. tona yaxın neft ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7% azdır.

İqtisadiyyat.Az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat, ölkədən ixrac edilən neftin dəyəri 4,81 mlrd. ABŞ dolları təşkil edib ki, bu göstərici ötən müvafiq dövrü ilə müqayisədə 6,4% azalıb.

Qeyd edək ki, sözügedən göstəricilər SOCAR-ın və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin (ABƏŞ) məlumatlarına əsasən dərc edilib.