Basketbol üzrə Azərbaycanın qızlardan ibarət U-16  komandasının Avropa çempionatındakı rəqibləri məlum olub.

İqtisadiyyat.az xəbər verir ki, 18-23 iyul tarixlərində Andorrada 16 yaşlı qızlar arasında Avropa çempionatı "C" divizionunun oyunları baş tutacaq. Belə ki, püşkatmaya əsasən Azərbaycanın U-16 qız yığma komandası çempionatın B qrupunda, Andorra, Moldova və Albaniya seçmələri ilə üz-üzə gələcək.