Azərbaycan Mərkəzi Bankı (AMB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında gələcək birgə fəaliyyət imkanları müzakirə edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə AMB-nin sədri Taleh Kazımov "X"də paylaşım edib.

"Dünya Bankı və IMF-in İllik Toplantılarında iştirak çərçivəsində Fondun Yaxın Şərq və Orta Asiya departamentinin direktoru Jihad Azour, eləcə də Pul və kapital bazarları departamentinin direktoru Tobias Adrian ilə görüşdük. AMB və IMF arasında mövcud əməkdaşlıq və gələcək birgə fəaliyyət imkanlarını, həmçinin mümkün texniki yardım layihələrini müzakirə etdik", - deyə o qeyd edib.