Azərbaycanın bu ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixracı 2 milyard ABŞ dolları təşkil edib.
İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, illik müqayisədə qeyri-neft sektoru üzrə ixrac 23,4 milyon dollar artıb.
Hesabat dövründə Azərbaycanın qeyri-neft məhsullarının ən çox ixrac edildiyi ölkələr isə bunlardır:
Ölkə |
Məbləğ |
Rusiya |
641,9 milyon dollar |
Türkiyə |
555,1 milyon dollar |
Gürcüstan |
198,6 milyon dollar |
İsveçrə |
81,4 milyon dollar |
Qazaxıstan |
66,4 milyon dollar |
Gözəl Həşimova