Bu ilin yanvar-noyabr aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 12,8% artaraq 70,2 milyard manat təşkil edib.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, əhalinin adambaşına düşən nominal gəliri 6 917,1 manat olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 12,2% artıqdır.