Azərbaycan bu ilin yanvar-sentyabr ayları ərzində 50,8 milyon dollar dəyərində 9,7 min ton çay idxal edib.

İqtisadiyyat.az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Hesabat dövründə ölkənin çay idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 4,5 milyon dollar azalıb. Ölkənin bu ilin 9 ayı ərzində çay idxalının həcmi isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə 10,3 % azalıb.

Əlavə edək ki, bu dövrdə çay idxalı Azərbaycanın ümumi idxalının 0,40%-ni təşkil edib.

 

Gözəl Həşimova