Beynəlxalq Valyuta Fondunun (BVF) Bakıda yerli ofisinin olmaması şəraitində texniki dəstək çərçivəsində olan əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

İqtisadiyyat.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin İctimaiyyət əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri Mayis Piriyev Beynəlxalq Valyuta Fondunun Bakı ofisinin bağlanması qərarına münasibət bildirərkən deyib.

Mayis Piriyev əlavə edib ki, Qazaxıstanın Almatı şəhərində yeni təsis edilmiş BVF-nun Qafqaz, Mərkəzi Asiya və Monqolustan üzrə Regional Potensialın İnkişafı Mərkəzinin fəaliyyətinə Azərbaycan Respublikası tərəfindən maliyyə dəstəyinin göstərilməsi qərara alınıb: "Artıq Azərbaycan Respublikasının bir sıra dövlət qurumları bu Mərkəzin fəaliyyətindən, təlim və texniki ekspertizalarından faydalanmaq üçün maraq göstərirlər".