Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 101,1 milyon ABŞ dolları dəyərində ayaqqabı idxal edib.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,7 milyon dollar və ya 47,9 % çoxdur.

Qeyd edək ki, bu dövrdə Azərbaycan 301 milyon ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edib.

 

Gözəl Həşimova