2019-cu ilin Yanvar- Mart ayları ərzində (1-ci rübdə) Azərbaycana 7 978 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub. “Marja” Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar- Mart dövrü ilə müqayisədə 2,3 dəfə çoxdur. Ötən ilin Yanvar-Mart dövründə ölkəmizə 3 506 ədəd nəqliyyat vasitəsi idxal olunmuşdu.

2019-cu ilin Yanvarında 2 512 ədəd, Fevralında 2657 ədəd, Martında isə 2809 ədəd nəqliyyat vasitəsi idxal edilib. Fevral ayı ilə müqayisədə Martda nəqliyyat vasitəsi idxalı 152 ədəd çox olub. 

O cümlədən, 2019-cu ilin Yanvar-Mart aylarında 7 250 ədəd minik avtomobili, 44 ədəd avtobus, 643 ədəd yük avtomobili və 41 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.

​Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-Mart dövründə 3158 ədəd minik avtomobili, 19 ədəd avtobus, 316 ədəd yük avtomobili və 13 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.