Almaniyada iyun ayında illik inflyasiya 6,1%-dən 6,4%-ə yüksəlib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi məlumat dərc edib.

Hesabat dövründə ölkədə inflyasiya 0,3% bəndi artıb. Almaniyada iyun ayında ərzaq məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 13,7% bahalaşıb. Enerji resurslarınin qiyməti isə 3% artıb. Ekspertlər mövcud qiymət dinamikasını digər məsələlərlə yanaşı, Ukrayna müharibəsi və elektrik enerjisinin bahalaşması ilə əlaqələndirirlər.

Əlavə edək ki, bu ilin mart və aprel aylarında bu göstərici müvafiq olaraq 7,4% və 7,2% səviyyəsində olub.