BMT-nin Baş katibi Antoniu Quterriş Ukraynada sülhün bərqərar olması üçün şərait yaradılmasının vacibliyinə işarə edib.

İqtisadiyyat.az TASS-a istinadən xəbər verir ki, bu barədə o, şənbə günü Kambocada ASEAN sammiti çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

“Dialoqun bərpası və sülhün gələcəyi naminə yolların tapılması üçün şərait yaratmaq vacibdir”, - A.Quterriş deyib.

Baş katib əlavə edib ki, sülh sazişinin şərtləri BMT Nizamnaməsinə və beynəlxalq hüquqa əsaslanmalıdır.