Antalya Hava Limanında sərnişin tutumu iki dəfə artırılacaq.

İqtisadiyyat.az xəbər verir ki, Antalya Qubernatorluğundan verilən məlumata görə, Qubernator Ersin Yazıcı Dövlət Hava Limanları İdarəsi (DHMİ) Baş İdarəsi tərəfindən hava limanında aparılan genişləndirmə işləri ilə tanış olub.

DHMİ Antalya Hava Limanının baş direktoru Durdali Şavkardan görülən işlər haqqında məlumat alan Yazıcı, hava limanında daxili və xarici terminalların genişləndirilməsi, Dövlət Qonaqxanasının tikintisi, apron tutumunun artırılması, yeni taksi yolları, yeni texniki blok, qüllə və ötürücü stansiyası, yanacaq saxlama və paylama təsisi investisiyalarının davam etdiyini bildirib.

Yazıcı Şavkarı DHMİ-nin 90 illik yubileyi münasibətilə təbrik edib.