Polis son vaxtlar Almaniyada məşhur sənət əsərlərini hədəf alan ətraf mühitin mühafizəsi ilə məşğul olan Letzte Generation (Son Nəsil) qrupuna qarşı tədbir görüb.

İqtisadiyyat.az xəbər verir ki, polisdən verilən açıqlamada 22-38 yaşlarında olan 7 nəfərə qarşı "cinayət təşkilatı yaratmaq və ya dəstəkləmək" maddəsi ilə açılan istintaq çərçivəsində 7 ştatda reydlərin keçirildiyi bildirilib.

Açıqlamada qeyd edilib ki, istintaq çərçivəsində 15 mülkdə axtarış aparılıb, iki bank hesabına həbs qoyulub, bir nəfərin aktivlərinin dondurulması barədə qərar çıxarılıb.

Səlahiyyətlilər tərəfindən edilən açıqlamada, şübhəlilərin veb sayt vasitəsilə yeni hərəkətlərini maliyyələşdirmək üçün ianə kampaniyası təşkil etdikləri və ən az 1,4 milyon avro toplandığı ifadə edilib.