Almaniya kansleri Olaf Şolts və Ukrayna prezidenti Volodimir Zelenski Nyu-Yorkda görüşəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NTV kanal məlumat yayıb. 

Şoltsun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Braziliya rəhbəri Luiz İnasio Lula da Silva ilə də danışıqlar aparmaq planları məlum olub.

Sentyabrın 9-da məlum olub ki, Olaf Şolts Ukrayna münaqişəsinin həlli üçün öz planını hazırlayır. Bildirilir ki, kansler ərazilərin Rusiyaya verilməsinə imkan verən kompromis sazişi bağlamaq istəyir.