Avropa İttifaqı Rusiya Mərkəzi Bankının müharibə səbəbindən dondurulmuş 300 milyard avro ehtiyatlarına və rus oliqarxlarının dondurulmuş 19 milyard avroluq aktivlərinə həbs qoymağı planlaşdırır.

Bu barədə Avropa İttifaqı (Aİ) Komissiyasının sədri Ursula fon der Leyen sosial media hesabında bildirib:

"Rusiya və oliqarxları Ukraynaya vurduğu zərəri kompensasiya etməli və ölkənin yenidən qurulması xərclərini öz üzərinə götürməlidir. Sanksiyalar ləğv edildikdə, bu vəsait Ukrayna üçün istifadə edilməlidir. Rusiyanın Ukraynaya maddi cəhətdən vurduğu zərəri 600 milyard avro olaraq qiymətləndirilir.”