“Avropa İttifaqının (Aİ) dondurulmuş Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı hüquqi rəyi var”.

İqtisadiyyat.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Kristian Viqand bildirib:

“Hüquqi rəyə görə, biz dondurulumuş aktivlərlə işləyə bilərik. Dondurulmuş vəsaitlər, xüsusən də Rusiya Mərkəzi Bankının aktivləri Ukrayna infrastrukturunun bərpası üçün istifadə olunacaq”.

Viqand həmçinin bildirib ki, hazırda Avropa İttifaqı tərəfindən bloklanan Rusiyadan olan fiziki şəxslərin və şirkətlərin aktivləri 24,1 milyard avro dəyərində qiymətləndirilir.

Mayın 4-də məlum olub ki, Belçika dondurulmuş Rusiyanın 200 milyon avro dəyərindəki aktivlərindən Kiyevə kömək etmək üçün istifadə edir . Bunu ölkənin baş naziri Aleksandr de Kros deyib.