"ABŞ və Çin arasında sabit iqtisadi münasibətlər dünya üçün vacibdir, baxmayaraq ki, iki ölkə arasında fikir ayrılıqları var".
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Pekində ABŞ-nin ticarət naziri Gina Raimondo bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında münasibətlər mürəkkəb və gərgindir: "Təbii ki, iki ölkə müəyyən məsələlərdə razılaşmayacaqlar. Lakin düşünürəm ki, biz açıq və praktiki fəaliyyət göstərsək, irəliləyiş əldə edə bilərik”.
Gözəl Həşimova