ABŞ-da məhkəmə "Microsoft"un "Call of Duty" və "World of Warcraft" kimi oyunların istehsalçısı  olan "Activision Blizzard"ı 69 milyard dollara almasına icazə verib. 

İqtisadiyyat.az dünya mediasına istinadən bildirir ki, bu razılaşma "Activision Blizzard"ın səhmlərini 10 faiz artırıb. 

ABŞ hakiminin qərarından qısa müddət sonra Böyük Britaniyanın Rəqabət və Bazarlar İdarəsi (CMA) isə Böyük Britaniyanın antiinhisar problemlərini həll etmək üçün "Microsoft"un təkliflərini nəzərdən keçirməyə hazır olduğunu açıqlayıb.