ABŞ-da silahlı insident baş verib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Los-Ancelesdəki ərzaq mağazası yaxınlığında açılan atəş nəticəsində bir nəfər ölüb, üçü isə ağır yaralanıb.

Los-Anceles Polis Departamentinin nümayəndəsinin sözlərinə görə, atışma yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 2 aprel 02:45) baş verib.

Polis şübhəlinin nəzarətə alındığını bildirib.

Hadisənin səbəbləri məlum deyil.