AB və Google süni intellekt razılaşmasına hazırlaşır.

İqtisadiyyat.az xəbər verir ki, AB Komissiyasının Daxili Bazar və Sənaye Üzvü Thierry Breton Brüsseldə Google-un baş direktoru Sundar Pichai ilə görüşdən sonra sosial media hesabında paylaşım edib.

“Biz gözləyirik ki, Avropada texnologiya məlumatların qorunması, onlayn təhlükəsizlik və süni intellektlə bağlı bütün qaydalarımıza uyğun gəlsin”.

Breton, bu ifadəni istifadə edərək, Avropadakı şirkətlərin istədikləri kimi davranmayacağını ifadə edib.

Pichai və AB-nin könüllü olaraq süni intellekt paktını inkişaf etdirmək üçün süni intellekt sahəsindəki bütün əsas aktyorlarla işləmək mövzusunda razılaşdıqlarını ifadə edən Breton, bu paktın AB-nin süni intellekt qanunundan əvvəl qurulmasının gözlənildiyini bildirib.

Piçayın Brüsseldəki təmasları çərçivəsində Aİ Komissiyasının vitse-prezidentləri Vera Jourova və Marqaritis Şinas ilə görüşəcəyi gözlənilir.